Paris-2024: “Azərbaycan Olimpiya Evi”ndə medal qazanmış idmançılarımızla görüş keçirilib
09 avqust 2024 1061
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, idman nazirinin müavini Mariana Vasileva, Fransadakı səfirimiz Leyla Abdullayeva, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunu qazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib və Azərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.
Görüş iştirakçıları Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Qaşım Maqomedovu və Həsrət Cəfərovu alqışlarla qarşılayıb, onlarla qürur duyduqlarını bildiriblər. Vurğulanıb ki, XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini bir daha nümayiş etdirdilər. Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.
“Azərbaycan Olimpiya Evi”ndə quraşdırılmış monitorlarda Azərbaycan Olimpiya Hərəkatı tarixinə dair film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri səsləndirilib.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı














