Paris-2024: Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazanıb
05 avqust 2024 888
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Alimxan Sızdıkov (Qazaxıstan) ilə üz-üzə gəlib.
Rəqibinə 4-0 qalib gələn Şəriəti yarımfinala vəsiqə qazanıb. Yarımfinalda 4 qat Olimpiya çempionu Mixain Lopes Nunes (Kuba) ilə qarşılaşacaqdır.
Qeyd edək ki, 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gəlmişdir.
Paris-2024 avqustun 11-də başa çatacaq.




