Paris-2024: Azərbaycan cüdoçusu ciddi zədə səbəbindən xəstəxanaya aparılıb
31 iyul 2024 971
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.
90 kq çəki dərəcəsində yer alan idmançının fransalı Nqayap Hambuya uduzduğu qarşılaşmada çiyni çıxıb.
Hacıyev xəstəxanaya aparılıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib. Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı