Ölkənin ilk cüdo məşqçilərindən biri Əziz-Ağa Əhmədov vəfat etdi
08 mart 2026 - 21:30 350
Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib.
Ölkənin ilk cüdo məşqçilərindən biri, yığma komandanın ilk məşqçiləri sırasında yer alan Əziz-Ağa Ata-Baba oğlu Əhmədov (11.09.1946 – 06.03.2026) vəfat edib.
Uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan Əziz-Ağa müəllimin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə idmançı yer alır.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı