Ölkəmizdə ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları baş tutacaq
08 may 2025 485
24 və 25 may ölkəmizdə ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları baş tutacaq.
Paytaxt Bakıda həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişi millimiz "B" qrupunda Kanada və Böyük Britaniya yığmalarına qarşı, qadın millimiz isə "B" qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaq. Kişilərin yarışlarında "A" qrupunda Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə "A" qrupunda Çili, Çin Taypeyi və Braziliya milliləri qruplardan çıxmağa çalışacaqlar. Kişi millimiz qrupda ilk oyununu 24 may saat 19:05-də Kanadaya qarşı, qadın millimiz isə saat 18:15-də Misirə qarşı oynayacaq. Qeyd edək ki, Sea Breeze istirahət mərkəzində baş tutacaq kişi və qadın kateqoriyalarında reqlamentə əsasən seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Dünya Kubokunun oyunları 23-29 iyun Monqolustanın paytaxtı Ulan-Bator şəhərində baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı