Olimpiya Oyunlarında dəhşətli qəza baş verib
21 fevral 2026 - 16:41 386
Polşalı qadın şort-trekçi (qısa məsafəli konkisürmə) Kamila Selyer 2026-cı il Qış Olimpiya Oyunlarında 1500 metrlik məsafədə dörddəbir final yarışının altıncı qaçışı zamanı dəhşətli zədə alıb.
Məlumata görə, 25 yaşlı idmançı dönüş etdiyi zaman ABŞ-li konkisürən Kristen Santos-Qrisvoldun konkisinin bıçağı onun göz yuvasının aşağı hissəsinə dəyib və polşalı huşunu itirib.
Hadisə nəticəsində Kamila Selyerin göz nahiyəsində qanaxma baş verib. Tibbi yardım göstərildikdən sonra Selyer xərəkdə yarış meydançasından çıxarılıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı