OLİMPİYA KOMANDAMIZDAN TARİXİ UĞUR
11 avqust 2024 1106
Paris-2024 Yay Olimpiya Oyunları başa çatıb.
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurub.
Komandamız ümumi medal sıralamasında 30-cu yeri tutub. Bu, Olimpiadalar tarixində yeni rekordumuzdur.
Bunadək ən yaxşı nəticə London-2012-dəki 32-cu yer olub. Sidney-2000-də isə 34-cü yer əldə edilib.
Qeyd edək ki, Azərbaycanın Olimpiadalarda debütü Atlanta-1996-da gerçəkləşib.
Azərbaycan Olimpiya komandası olimpiadalarda tutduğu yer
|
Olimpiada |
Yer |
|
Atlanta-1996 |
61 |
|
Sidney-2000 |
34 |
|
Afina-2004 |
50 |
|
Pekin-2008 |
40 |
|
London-2012 |
32 |
|
Rio-2016 |
39 |
|
Tokio-2020 |
67 |
|
Paris-2024 |
30 |
Azərbaycan Olimpiya komandası olimpiadalarda əldə etdiyi medallar
|
İl |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|
Atlanta-1996 |
0 |
1 |
0 |
1 |
|
Sidney-2000 |
2 |
0 |
1 |
3 |
|
Afina-2004 |
1 |
0 |
4 |
5 |
|
Pekin-2008 |
1 |
1 |
4 |
6 |
|
London-2012 |
2 |
2 |
5 |
9 |
|
Rio-2016 |
1 |
7 |
10 |
18 |
|
Tokio-2020 |
0 |
3 |
4 |
7 |
|
Paris-2024 |
2 |
2 |
3 |
7 |
|
Cəmi |
9 |
16 |
31 |
56 |