Olimpiya kateqoriyalı hakimimiz dünya çempionatına dəvət alıb
04 dekabr 2024 795
Dekabrın 6-15-də Bəhreynin paytaxtı Manama şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı təşkil olunacaq.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən müəyyənləşdirilən yarışın hakimləri arasında azərbaycanlı mütəxəssis də yer alıb. Belə ki, bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində ölkəmizi təmsil edən Vahid Nəzərov Manamadakı yarışa dəvət alıb.
Qeyd edək ki, 6 Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı