Xəbərlər

‘Olimpiya Hərəkatı’ proqramı məktəbliləri fəal həyat tərzi və idmanla məşğul olmağa həvəsləndirir

17 dekabr 2015 622

17 dekabr 2015-ci il tarixində Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya Hərəkatı” adlı yeni idman proqramının işə salınması haqqında açıqlama elan olundu. Olimpiya Hərəkatı Coca-Cola və Beynəlxalq Olimpiya Komitəsinin Niderland Olimpiya Komitəsi ilə həyata 2001-ci ildə birgə həyata keçirdiyi beynəlxalq idman proqramındır.

Konfransda giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etdi: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərdib. Bu layihənin icrasında göstərdiyi maliyyə dəstəyinə görə Coca-Cola şirkətinə minnətdarlığımı bildirirəm. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 idman növünü birləşdirən bu layihədə Gənclər və İdman Nazirliyi Coca-Cola və Təhsil Nazirliyinin müvafiq idman federasiyaları ilə əməkdaşlığına görə təşəkkür edir və layihənin fəaliyyətində uğurlar arzu edirəm.”

Daha sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışdı. Nazirin sözlərinə görə, Olimpiya Hərəkatında 330-dan çox ümumtəhsil otra məktəblərdən 50.000-ə yaxın məktəbli proqrama cəlb olunması təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yuksək göstəricidir. Onlardan 10.000-ə yaxını rayon birinciliklərində iştirak etmiş və 1.000-dən artıq məktəblinin Bakı finalında iştirakı gözlənilir. Mikayil Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman məktəblərinin sayının 12-yə çatdığını qeyd etdi.

Gənclər və İdman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğuladı: “Bu proqramın Azərbaycanda həyata keçirilməsi ölkəmizdə Olimpiya Hərəkatının genişlənməsinin göstəricisidir. “Olimpiya Hərəkatı” həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq yaxşı stimuldur. İlk Bakı birinciliyinə 50.000-ə yaxın şagirdin qoşulması sevindirici haldır.“Olimpiya Hərəkatı” proqramı əhali, gənclərimizin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm.”

Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş Meneceri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğuladı: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək olur. Avropa Oyunları sosial idman irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq.”

Konfransda proqram haqqında video çarx göstərildikdən sonra son 2 ay ərzində keçirilmiş proqram haqqında ətraflı məlumat verildi. Rəsmi çıxışlardan sonra proqramın Facebook səhifəsi və yeni seçilmiş İdmançı və Ulduz Elçiləri Amil Həmzəyev (Basketbol 3×3), Nazim Babayev (Atletika), Aqşin İsmayılov( Velosiped İdmanı), Orxan Qələndərov(Badminton) tədbir iştirakçılarına təqdim edildi. O cümlədən, Milli Olimpiya Səfirləri Fərid Mansurov ( Afina 2004) və əməkdar artist Tünzalə Ağayeva Olimpiya Hərəkatinin təşviqində göstəridkləri fəaliyyətlərinə görə mükafatlandırıldılar. Sonda mətbuat nümayəndələrinin açıq sual-cavab sessiyası keçirildi.

Olimpiya Hərəkatı prqramında 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəblərində təhsil alan 50,000 şagirdlərin atletika, badminton, basketbol 3×3 və velosiped idmanı növləri üzrə cəlb olunacaqdır. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan program Bakı rayon yarışları ilə davam edir və növbəti ilin əvvəlində Bakı 2015 Avropa Oyunlarının yarış obyektində birində təşkil olunacaq Final və idman festivalı ilə başa çatacaqdır.

Olimpiya Hərəkatı proqramının icrasina dair bütün yenilikləri proqramın sosial media səhifələrindən izləyə bilərsiniz:

Facebook www.facebook.com/OlympicMovesAZE

İnstagram www.instagram.com/OlympicMovesAZE

Twitter www.twitter.com/OlympicMovesAZE