Olimpiya festivalında iştirak edəcək gimntastlarımız Xorvatiyaya gedib
19 iyul 2025 - 01:31 482
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan gimnastları yarışların keçiriləcəyi digər ölkəyə - Xorvatiyanın Osiek şəhərinə gediblər.
EYOF-un proqramında yer alan idman gimnastikası yarışlarında ölkəmizi bir oğlan və üç qız idmançımız təmsil edəcək.
Qeyd edək ki, EYOF-2025 çərçivəsində Azərbaycan ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. Bu dəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə Şimali Makedoniya (Skopye və Kumanovo) və Xorvatiyada (Osiek) keçiriləcək.
Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində təşkil olunacaq.
Xatırladaq ki, ötən gün digər idmançılarımız festivalda iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşmüşdü.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı