Olimpiya Dünya Reytinqi: Azərbaycan cüdoçularının mövqeyi bəlli olub
10 yanvar 2024 218
Beynəlxalq Cüdo Federasiyası Olimpiya Dünya Reytinq cədvəlini yeniləyib.
Siyahıda Azərbaycan cüdoçularının da yeni mövqeyi bəlli olub.
Millinin 12 üzvünün yer aldığı siyahıda Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderdir.
Digər kişi cüdoçulardan Zelim Kotsoyev (100 kiloqram) ikinci, Balabəy Ağayev (60 kiloqram) və Səid Mollayi (81 kiloqram) beşinci, Yaşar Nəcəfov (66 kiloqram) yeddinci, Zelim Tçkayev (81 kiloqram) doqquzuncu, Murad Fətiyev (90 kiloqram) onuncu, Uşangi Kokauri (+100 kiloqram) on birinci, Turan Bayramov (60 kiloqram) iyirminci pillədə qərarlaşıblar.
Qadın cüdoçulardan isə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz çəkilərində on altıncı, Açelya Toprak isə (57 kiloqram) otuz altıncı sırada yer alıblar.
Qeyd edək ki, 12 idmançıdan 11-nin hazırkı mövqeyi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya imkanı verir. Acelya Toprak isə kontinental kvota əsasında Olimpiadada iştirak hüququ qazana bilər.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı