Olimpiya çempionumuz Avropa çempionatından kənarda qaldı
22 aprel 2025 550
Monteneqroda təşkil olunacaq böyüklər arasında cüdo üzrə Avropa çempionatında iştirak edəcək yığma komandamızın tərkibində gözlənilməz dəyişiklik baş verib.
Belə ki, milli komandamızın əsas üzvlərindən biri, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (-73 kq) səhhətində yaranan problem səbəbilə həkimlərin rəyinə əsasən heyətdən kənarlaşdırılıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Olimpiya çempionumuzun əvəzinə bu çəki dərəcəsində ölkəmizi Rəşid Məmmədəliyev təmsil edəcək. “Böyük Dəbilqə” və Qran-Pri yarışlarının gümüş mükafatçısı olan Rəşid Məmmədəliyev, həmçinin bir sıra beynəlxalq yarışların da qalibi adını qazanıb.
Qeyd edək ki, Monteneqorda keçiriləcək Avropa çempionatına sabah start veriləcək. Aprelin 26-dək davam edəcək fərdi yarışlarda 48 ölkədən 414 (229 kişi, 185 qadın) cüdoçu mübarizə aparacaq. Azərbaycan komandası qitə çempionatında 15 (9 kişi, 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Aprelin 27-də isə cüdoçular qarışıq komanda yarışlarında qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı