Olimpiya çempionu dünya rekordunu yenilədi
11 dekabr 2024 670
Amerikalı üzgüçü Qretçen Uolş Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.
İdmançı “butterfly” üsulunda 50 metrlik qısa məsafəyə üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 24,02 saniyə ilə birinci çatmaqla nail olub.
Bundan əvvəlki dünya rekordu 2009-cu ildə isveçli Teresa Alşamaraya (24,38) məxsus olub.
Qeyd edək ki, Qretçen Uolş Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı