Olimpiada 2036-cı ildə Budapeştdə keçirilə bilər
24 avqust 2024 1243
Macarıstanın paytaxtı Budapeşt 2036-cı il Yay Olimpiya Oyunlarında evsahibliyi edə bilər.
Bunu ölkənin baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə Macarıstanda olimpiadanı təşkil etmək üçün kifayət qədər idman obyekti var: "Əgər istəsək 2036-cı ildə Oyunları keçirə bilərik. Macarıstanda kifayət qədər müasir idman qurğuları var. Bəzi arenaları kiçik təmirlə tam hazır vəziyyətə gətirə bilərik. Məncə, Budapeştdən yaxşı variant ola bilməz".
Qeyd edək ki, 2028-ci ildə olimpiadaya Los-Anceles, 2032-ci ildə isə Brisben evsahibliyi edəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı