Nüfuzlu turnirin keçiriləcəyi məkan açıqlandı
21 yanvar 2025 647
Özbəkistanın Səmərqənd şəhəri kişi və qadınlar arasında keçiriləcək şahmat üzrə "Grand Swiss" turnirinə ev sahibliyi edəcək.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidmətindən verilən məlumata görə nüfuzlu turnir sentyabrın 3-15-i aralığında keçiriləcək. Turnirdə ilk iki yeri tutan zəka sahibləri gələn il təşkil olunacaq İddiaçılar turnirinə birbaşa vəsiqə əldə edəcək.
Xatırladaq ki, iki ildən bir keçirilən "Grand Swiss" turniri sonuncu dəfə 2023-cü ildə Men adalarının Duqlas şəhərində keçirilib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı