Novak Cokoviç Rafael Nadalın rekordunu qırıb
24 mart 2025 373
Serbiyalı tennisçi Novak Cokoviç ispaniyalı Rafael Nadalın rekordunu qırıb.
Xarici KİV-ə istinadən, 37 yaşlı idmançı bunu Mayamidə keçirilən “Masters” turnirinin 1/16 finalında argentinalı Uqo Karabellini məğlub etməklə reallaşdırıb.
1 saat 47 dəqiqə davam edən qarşılaşmada serbiyalı tennisçi qələbə qazanıb (6:1, 7:6, 7:1).
N.Cokoviç bununla da “Masters” turnirlərində 411-ci qələbəsini qazanmaqla R.Nadalı (410) geridə qoyub.
Qeyd edək ki, sözügedən turnirlərdə qələbə sayına görə ilk “3-lüy”ü isveçrəli Rocer Federer (381) qapayır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı