“Nəticə məni qane etmir” – Minayə Ələkbərova finalməğlubiyyətindən danışdı
15 noyabr 2025 - 21:51 471
"Finalda son saniyələrdə məğlub olaraq qızıl medalı əldən verdim".
Bu sözləri Olympic.az-a müsahibəsində VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olan taekvondoçumuz Minayə Ələkbərova deyib.
46 kq çəki dərəcəsində mükafatçılar sırasında yer alan idmançımız hədəfinin qızıl medal olduğunu qeyd edib.
"Finala qədər irəliləsəm də həlledici görüşdə məğlub oldum. Rəqibim güclü İran idmançısı idi. Əslində, bu nəticə məni qane etmir. Çünki mən bundan əvvəlki İslam Həmrəyliyi Oyunlarında da iştirak edərək gümüş medal qazanmışdım. İstəyirdim ki, bu dəfə qızıl medal qazanım. Amma təəssüf ki, alınmadı", - deyə Minayə Ələkbərova bildirib.
Qeyd edək ki, M.Ələkbərova həlledici görüşdə iranlı Samya Karimirahyerdiyə məğlub olaraq gümüş medal qazanıb.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı