Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb
08 noyabr 2025 - 12:39 412
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən, nazir Fərid Qayıbov noyabrın 7-də atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə məlumat alıb.
Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı









