Naxçıvanda kütləvi idman yarışı keçiriləcək
21 may 2024 720
Naxçıvan Muxtar Respublikasının gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlikləri və Naxçıvan Atletika Federasiyasının təşkilatçılığı, "RTN Groups"un sponsorluğu ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş kros qaçışı keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunacaq kütləvi idman tədbirinə hər kəs iştirakçı qismində qoşula bilər.
İştirakçılar Naxçıvan Mərkəzi Xəstəxanasının önünə nəzərdə tutulan start xəttindən finişədək – Zəfər Parkına qədər olan 5500 metr məsafəni qət etməli olacaqlar.
Qadınlar (qızlar) və kişilər (oğlanlar) arasında ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqdır. Müvafiq yerlərin sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif ediləcək.
İştirak etmək istəyənlər start vaxtından minimum 30 dəqiqə əvvəl həmin ərazidəki qeydiyyat məntəqəsinə yaxınlaşaraq sıra nömrəsini əldə etməlidirlər. İştirakçıların idman geyimində olması arzuolunandır.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı