Namiq Abdullayev - 50
04 yanvar 2021 4950
Azərbaycan idmanının canlı əfsanəsi Namiq Abdullayev bu gün 50 yaşını qeyd edir. 1971-ci il yanvarın 4-də Bakıda anadan olan Abdullayev xüsusən sərbəst güləşin inkişafına böyük təkan verərək güləşin bu növünün Azərbaycanda daha da populyarlaşmasında əsas pay sahiblərindən biri olub.
Güləşçi kimi adını idman tariximizə qızıl hərflərlə yazdıran Namiq Abdullayev Atlanta-1996-da gümüş, Sidney-2000-də qızıl medal qazanaraq müstəqillik tariximizdə ilk ikiqat olimpiya medalçısı ünvanına sahib olub. Dünya və Avropa çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. 3 qat Avropa çempionu olmaqla yanaşı, dünya çempionatında 3 dəfə də gümüş medal qazanıb. Bütün bu uğurlara görə “”Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülüb.
İdmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) yeniyetmələr üzrə vitse-prezident vəzifəsində fəaliyyət göstərir. Hal-hazırda təcrübəsindən baş məşqçi kimi yararlanaraq sərbəst güləş üzrə yığma komandanı Olimpiya Oyunlarına hazırlaşdırır. Azərbaycan Milli Olimpiya Komitəsi əfsanəvi idmançını təbrik edir, ona uzun ömür və yeni naliyyətlər arzu edir

Bənzər xəbərlər
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Oktyabrın 22-də Azərbaycan İdman Akademiyasının akt zalında güləş üzrə SSRİ ... Ətraflı
