Muhammədəli Məmmədzadə Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazandı!
08 iyul 2023 916
1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də olub.
Körpücük üzərinə son olaraq Muhammədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Muhammədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.
Təbrik edirik!
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı