“MİNGƏÇEVİR REQATASI-2023”ÜN İLK GÜNÜNDƏ 4 MEDAL
25 oktyabr 2023 1220
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnurində birinci gün geridə qalıb. 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
1 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.
2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb.
1 nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yer tutub.
Qeyd edək ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı
.jpeg)


.jpeg)
