Millimiz Qızıl Avropa Liqasının hazırlığına başlayıb
29 aprel 2024 768
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasının hazırlığına başlayıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, bu gün yğmanın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan F.Qarayev komandaya Qızıl Avropa Liqasında uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən mütəxəssis aprelin 30-dan fiziki və topla məşqlərə start veriləcəyini deyib. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı