Millimiz Heraklionda dördüncü yeri tutub
10 mart 2025 864
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan komanda ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib.
Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstanı 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmadaA.Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.
Azərbaycan qılıncoynadanları qələbə seriyasını növbəti görüşdə də davam etdiriblər. Qadın sablyaçılar bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü "4-lüy"ə yazdırıblar. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesabı ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Cənubi Koreyayada məğlub olublar - 33:45.
Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstəriciyə A.Başta imza atıb. O, yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.
Qeyd edək ki, Dünya Kubokunda 200-dən çox qadın sablyaçı mübarizə aparıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı