Millimiz doğma azarkeşlər önünündə tarixi qələbəyə imza atıb
25 fevral 2024 1066
25 fevral "Sərhədçi" İdman Mərkəzində kişilərdən ibarət basketbol millimiz, dünya kubokunun ilk təsnifat mərhələsinin qrup oyununda Kosovo seçməsi ilə qarşılaşıb. İllər sonra yerli publika önündə rəsmi oyuna çıxan millimiz, Kosovo üzərində 87-77 hesablı tarixi qələbəyə imza atıb.
Millimizin heyətində yer almış təcrübəli basketbolçu Orxan Aydın, 27 xal və 11 ribaundla oyunun ən dəyərli basketbolçusu (MVP) seçilib. Qeyd edək ki, millimiz qrupda növbəti oyununu, 21 noyabr səfərdə İrlandiya yığmasına qarşı keçirəcək.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı




