Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə MOK-un rəsmiləri, olimpiyaçılar və “ReAzerbaijan” üzvlərindən ibarət qrup “Heydər zirvəsi”nə qalxıb
11 iyul 2022 1255
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik etdiyi qrup üzvləri 14 saatlıq yürüşün sonunda MOK-un 30 illik loqosunun əks olunduğu bayrağı “Heydər zirvəsi” nə sancıblar.
Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla “Heydər zirvəsi”nə qalxıblar. Ulu Öndərin əziz xatirəsi yad edilib və Azərbaycan bayrağı dalğalandırılıb. Dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə MOK-un İdman İdarəsinin direktoru Həsənağa Rzayev, idman idarəsinin işçiləri Vaqif Əliyev, İntiqam Səfərov, Beynəlxalq əlaqələr İdarəsinin direktoru Anar Bağırov, Marketinq İdarəsinin üzvləri Səkinə Vəliyeva, Ruslan Məmmədov, Olimpiya çempionları Nazim Hüseynov, Fərid Mansurov, olimpiyaçı Fəridə Əzizova, həmçinin “ReAzerbaijan”ın təsisçisi Adnan Hüseyn, blogerlər Orxan Aslanov, Vəfa Əli, Fuad Tağıyev, Həvva Səfərova, Cəfər Nəcəfov və başqalarından ibarət qrup qalxıb.
Bənzər xəbərlər
Avropa çempionatından bir qızıl və bir bürünc medal
Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.
Azərbaycan Bilyard Federasiyasından verilən ... Ətraflı
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ... Ətraflı