Milli Olimpiya Komitəsində keçirilən “İdman İnzibatçılıq kursu” başa çatıb
14 dekabr 2023 290
Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə 5-8 dekabr (1-ci kurslar üçün) və 11-13 dekabr (2-ci kurslar üçün) tarixlərində keçirilən “İdman inzibatçılığı kursu” başa çatıb. MOK-un inzibati binasında keçirilən kursun iştirakçıları Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH qruplarının tələbələri olub. Kurslarda gender bərabərliyini qorumaq şərtilə ümumilikdə 40 tələbə iştirak edib.
Əsas məqsəd tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Kursu Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik məruzəçilər MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Kənan Məhərrəmov aparıb.
Kursda antik və müasir Olimpiya Oyunlarının tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, təhlükəsiz idman, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilmiş, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı