Milli Olimpiya Komitəsində görüş keçirilib
13 yanvar 2025 1174
Yanvarın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İngiltərənin Hertfordshire Universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.
Görüşdə Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri Mehman Kərimov, həmin idarənin əməkdaşları Ceyhun Rəhmanov, Günay Əsgərova, eləcə də Azərbaycan Cüdo Federasiyasının Təhsil Şöbəsinin meneceri Orxan Oruczadə iştirak edib.
Görüş zamanı Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsi arasında Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Həmçinin idmançıların performans analizinin təkmilləşdirilməsi üçün süni intellekt texnologiyalarının tətbiq imkanları və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.
Tərəflər həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində mövcud prioritetləri müzakirə edərək, innovativ yanaşmaların və təhsil təşəbbüslərinin idmançıların inkişafında əhəmiyyətini vurğulayıblar.
Sonda xatirə şəkili çəkdirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı



