Məşqçi-müəllimlər üçün təşkil edilən kurs başa çatdı
27 dekabr 2024 878
Azərbaycan Voleybol Federasiyasının (AVF) Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan 15 məşqçi-müəllim iştirak edib.
Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı