Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11 iyun 2026 - 21:23 830
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
Bildirilib ki, Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.
İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək.
Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı