«McLaren» rəhbəri pilotlara razılıq verdi
06 mart 2025 492
«McLaren»in rəhbəri Zak Braun komandanın pilotları britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastrinin əfsanəvi «Le Manda 24 Saat» yarış marafonunda iştirak imkanlarından danışıb.
“Hansı pilot Le Manda qazanmaq istəməz ki? Bu barədə Lando və Oskarla danışdım. Onlar iştirak etmək istədiklərini dedilər. Biz idman avtomobili yarışlarını sevirik. "Biz Triple Crown (İndi 500, «Le Manda 24 Saat» və Monako Qran Prisi) qazanan yeganə komandayıq. Bunun üçün yenidən mübarizə aparmaq əla olardı", - deyə Braun WEC TV-yə müsahibəsində qeyd edib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı