“McLaren” pilotları Bakıda qələbəyə kökləniblər
16 sentyabr 2025 - 11:57 514
Ötən il Oskar Piastri Azərbaycan Qran-Prisinin qalibi olmuşdu. Avstraliyalı “McLaren” pilotu qarşıdakı həftəsonunda uğuru təkrarlamağa çalışacaq. Onun komanda yoldaşı Lando Norris də yüksək nəticə qazanmağa iddialıdır. Üstəlik, məhz Bakıda mövsümün yekununda “McLaren” Konstruktorlar Kubokunu təmin edə bilər.
“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Şəhər yollarında bizi tamamilə fərqli sınaqlar gözləyir və sükan arxasında onları necə dəf edəcəyimi görmək üçün səbirsizlənirəm. Uokingdəki bazada çox işlədim ki, növbəti qələbəyə maksimum hazır olum”, - deyə Lando Norris bildirib.
Oskar Piastri qeyd edib ki, keçənilki Bakı yarışı ilə bağlı yalnız ən isti xatirələri var: “Mənim üçün həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Yeganə məqsədim bu həftəsonunda da ötənilki nəticəni təkrarlamaqdır. Hazırda fərdi hesabda liderəm və sürücülüyümdən çox razıyam. Azərbaycana yollanmadan öncə çətin və proqnozlaşdırılması mümkün olmayan şəhər yarışına hazırlaşırdıq. Bakı texniki baxımdan mürəkkəb trasdır, pilotlardan maksimum dəqiqlik tələb edir. Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çox kəskin rəqabət var, amma biz öz vəzifələrimizə fokuslanmışıq və qarşıdakı həftəsonuna tam hazırıq”, - deyə komanda rəhbəri Andrea Stella təəssüratlarını bölüşüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı