“Marsel”in daha bir ulduzu məşəl estafetində iştirak edib
10 may 2024 869
Fil Dişi Sahilinin və Fransanın “Marsel” komandasının keçmiş futbolçusu Didye Droqba Olimpiya məşəlinin estafetində iştirak edib. Olimpiadanın məşəl estafetinin ilk mərhələsini başa vuran Droqba Marseldəki “Stade Vélodrom”da yerləşən alov qazanını yandırıb.
Məlumat üçün bildirək ki, Olimpiya məşəli Paris Olimpiadasının açılış mərasiminə 79 gün qalmış Marselə çatıb. Məşəli 50 metr məsafəyə sərbəst üsulla üzmə üzrə London-2012-nin qalibi Florent Manadou Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə əfsanəvi "Belem" gəmisindən yerə endirib. Həmin estafetdə fransalı ulduz Zinədin Zidan da iştirak edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı


