Los-Anceles-2028: Qadın idmançılar əks cinsi qabaqlayacaq
10 aprel 2025 695
Aprelin 9-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Lozannada iclas keçirib.
İclasda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları, 2030-cu ildə Fransız Alplarında Qış Oyunları və oyunların yarış proqramı, eləcədə idmançıların kvotaları ilə bağlı bir sıra mühüm yeniliklər təqdim edilib. «İdmançıların ümumi kvotasının Paris-2024 Yay Olimpiya Oyunları ilə eyni olacaq. Los-Anceles-2028 tarixdə kişilərdən daha çox qadın idmançılarının iştirak edəcəyi ilk Olimpiya Oyunları olacaq», - deyə BOK-un idman direktoru Kit Makkonel jurnalistlərə bildirib.
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək keçiriləcək.