Lill Olimpiya kəndi basketbol və həndbol idmançılarını qəbul etməyə hazırdır
26 iyun 2024 1334
Paris-2024 Yay Olimpiya Oyunları zamanı basketbol və həndbol nümayəndə heyətlərinin qalacaqları təxminən 500 otaqdan ibarət olan Lill Olimpiya kəndinin, Fransanın şimalındakı Villeneuve d'Asque-də təntənəli şəkildə açılışı olub.
Xatırladaq ki, basketbol (27 İyul - 4 avqust) və həndbol (6-11 avqust) yarışları ölkənin şimalında 2024-cü il Olimpiya Oyunları zamanı keçiriləcək.
Oyunlar başa çatdıqdan sonra sentyabrdan etibarən 495 otaqlı Olimpiya kəndi tələbələr üçün yataqxana və yerli idmançılar üçün isə təlim mərkəzi kimi istifadə olunacaqdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı