Konstantin Korotkov Memorialı 5 medalla yada qaldı
19 may 2024 1279
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının(ABF) mətbuat xidmətindən verilən məlumata görə, millimiz yarışı 5 medalla başa vurub.
Komandamızın heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi adını qazanıb. O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan Himnini səsləndirib.
Xasmetovdan fərqli olaraq, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Digər təmsilçilərimizdən Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) üçüncü yeri tutub.
Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yekunlaşdırıb.
Azərbaycanlı ədalət təmsilçisi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı