Komandamız EYOF 2022-də qızıl medal qazandı
30 iyul 2022 918
XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib.
Qarışıq komanda yarışında qızlar -52 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, kişilər isə -66 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində mübarizə aparıblar. Komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.
Qızlar arasında -52 kq. çəkidə Könül Əliyeva və Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə, +63 kq. çəkidə Nigar Süleymanova, oğlanlar arasında isə -66 kq. çəkidə Nurlan Kərimli və Eltac Yusifli, -81 kq. çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq. çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.
Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Cüdoçularımız finalda Ukrayna millisini 4:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanıb.
Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı