Klassiklərimiz beynəlxalq turnirdə 3 medal qazanıblar
14 may 2024 1116
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə “Surakat Asiyatilov”un xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. 7 ölkədən ümumilikdə 190 güləşçinin mübarizə apardığı yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də qüvvələrini sınayıblar. Təmsilçilərimiz bynəlxalq yarışda 3 medal qazanıblar. Komandamızın heyətində yalnız finalda məğlub olan Təvəkkül Xəziyev 67 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb. Yığmamızın digər üzvlərindən Tural Əhmədov (60 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medala layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı