Kanoeçimiz Masters kateqoriyasında Avropa çempionu olub
12 iyun 2026 - 16:09 237
Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçirilir.
Təmsilçimiz Boqdan Kurudz (35–39 yaş) Masters kateqoriyasında qızıl medal qazanıb. 500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı