İslamiadada kikboksçularımızın hansı çəkidə mübarizə aparacaqları bilindi
27 yanvar 2022 761
![](/news/1643613297.1643278394_272174023_687241255769987_4536441123449425130_n.jpg)
Məlum olduğu kimi, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına kikboksinq də əlavə olunub.
Kikboksinq millimiz üçün ilin ilk mötəbər turniri sayılan İslamiadada hansı çəkilər üzrə mübarizənin gedəcəyi müəyyən edilib.
Belə ki, yarışda kikboksinqin 3 növü üzrə mübarizə gedəcək. Bunlar “full kontakt” (full contact), “lou kik” (low kick) və “point faytinq” (point fighting) növləridir. İlk 2 növ üzrə yarışlar rinqdə, “point faytinq” üzrə mübarizə tatamidə baş tutacaq.
“Full kontakt” və “lou kik” növlərinin hər biri üzrə kişilərdə 12 (51 kq, 54 kq, 57 kq, 60 kq, 63,5 kq, 67 kq, 71 kq, 75 kq, 81 kq, 86 kq, 91 kq, +91 kq), qadınlarda 6 (48 kq, 52 kq, 56 kq, 60 kq, 65 kq, 70 kq) çəki dərəcəsi üzrə mübarizə gedəcək.
“Point faytinq” üzrə isə kişilərdə 9 (57 kq, 63 kq, 69 kq, 74 kq, 79 kq, 84 kq, 89 kq, 94 kq, +94 kq), qadınlarda isə 5 (50 kq, 55 kq, 60 kq, 65 kq, 70 kq) çəki dərəcəsi üzrə yarış baş tutacaq.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində keçiriləcək. İslamiadada kikboksinq yarışları isə 15-18 avqust tarixlərində olacaq. Bu yarış üçün millimizin heyəti 22-24 fevral tarixlərində Bakıda keçiriləcək Respublika çempionatının nəticəsinə əsasən müəyyənləşdiriləcək.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı