İslamiadada iştirak edəcək Azərbaycanın qadınlardan ibarət həndbol millisinin heyəti müəyyənləşib
11 noyabr 2025 - 11:50 458
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliya Həsənova, Dinara Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lyubov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Sabina Smaqina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.
Qeyd edək ki, noyabrın 13-21-də keçiriləcək yarışlarda yığma B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər komandaları ilə mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı