İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular
14 noyabr 2025 - 21:09 758
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına yekun vurulub.
Olympic.az xəbər verir ki, muaytay yarışlarının son günündə təmsilçimiz Xəyal Əliyev 60-65 kq çəki dərəcəsində finalda mərakeşli Hamza Raşidlə üz-üzə gəlib.
Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Qeyd edək ki, təmsilçilərimizdən 50-55 kq çəki dərəcəsində Əli Əliyev və 65-70 kq çəki dərəcəsində Səlahəddin Qocazadə Oyunların bürünc medallarına sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı








