İlk dəfə “İnsanlar robotlara qarşı” yarımmarafon keçiriləcək
06 fevral 2025 152

Yeni texnologiyaları ilə dünyanı heyrətləndirməkdə davam edən Çin bu dəfə də daha bir yeniliklə gündəmə gəlib.
"Beijing daily" X sosial şəbəkəsində yer alan xəbərə görə, Olimpiya Oyunlarının uğurlu təşkilatçılarından olan Pekin şəhəri bu dəfə “İnsanlar robotlara qarşı” yarımmarafon təşkil etmək ideyası ilə gündəmə gəlib. Aprel ayında keçirilməsi planlaşdırılan yarımmarafon robot texnikasının inkişafında yeni addım olacaq.
Qeyri-adi idman tədbirində təkcə insanlarla yanaşı, robotlar da 21 km məsafəyə qaçışda mübarizə aparacaq.
12 minə yaxın idmançının iştirakı ilə keçiriləcək yarışda robot iştirakçılar üçün əsas şərt yalnız iki ayağın və hündürlüyün 50 sm-dən 2 m-ə qədər olmasıdır.
Qeyd edək ki, Pekin şəhəri daha əvvəl ateltika üzrə də buna bənzər yarış təşkil etmişdi.
Pekində bundan başqa digər idman növləri üzrə də robot idman yarışlarının keçirilməsi planlaşdırılır.
Bənzər xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən ... Ətraflı

Azərbaycan birinciliyinin zona yarışları start götürür
Sabah 2010-cu il və daha kiçik yaş qrupundan olan oğlan ... Ətraflı