İlin ilk “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
30 yanvar 2025 787
Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, ölkəmiz yarışda kişilər arasında 6 çəki dərəsində 10 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq. Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kiloqram) zədəli olduğuna görə, millinin tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcək.
Cüdoçulara performans direktor, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.
Qeyd edək ki, fevralın 1-2-də təşkil olunacaq “Böyük Dəbilqə”də 54 ölkədən 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı