İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 may 2025 539
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Olympic.az saytı xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı











