İkiqat Olimpiya çempionu dirəklə tullanma üzrə dünya rekordunu 14-cü dəfə yeniləyib
15 sentyabr 2025 - 18:28 348
İsveçli ikiqat Olimpiya çempionu Armand Duplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.
Xarici mətbuata istinadən, o, buna Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən dünya çempionatında 6,30 metr hündürlüyə tullanmaqla nail olub.
İdmançı üçüncü cəhdində rekord hündürlüyə çatıb. Onun əvvəlki rekordu bu ilin avqust ayında reallaşıb - 6,29 metr.
Qeyd edək ki, A.Duplantis Tokioda 3-cü dəfə dünya çempionu olub.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı