III MDB Oyunları: Azərbaycan karateçiləri 9 medal qazanıblar
03 oktyabr 2025 - 19:37 522
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında karate yarışları davam edir.
Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışların finalında Mədinə Sadıqova (55 kiloqram) həmyerlisi Nəzrin Piriyevaya, Nuran Rzazadə (67 kiloqram) qırğızıstanlı Erlan Akılbek Uuluya, Roman Heydərov (fərdi kata yarışında) özbəkistanlı Səməndər Urazəliyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı