İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
01 yanvar 2026 - 12:55 484
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrinlə bağlı dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar, müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə bu linkdən tanış olmaq olar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı