"Heydər Əliyev ili"nə töhfə olaraq yeni stolüstü tennis zalı istifadəyə verilib
09 may 2023 469
Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən "Heydər Əliyev ili"nə töhfə olaraq Masallı şəhərində yeni idman zalı istifadəyə verilib.
Əvvəlcə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edən tədbir iştirakçıları onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Açılış mərasimində çıxış edən Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Cavanşir Paşazadə, ASTF-nin vitse-prezidenti Elmar İslam, AGİN-in əməkdaşı Əliniyaz Mirzəyev və güləş üzrə Avropa çempionatının mukafatçısı Yasəmən Məcidli tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub, bu cür tədbirlərin idmanın inkişafına təkan verəcəyi vurğulanıb. Ardınca tədbir iştirakçıları yeni stolüstü tennis zalı ilə tanış olublar.
Zalın əsas hissəsində 6 tennis stolu, eləcə də bədən tərbiyyəsi ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar mövcuddur. Stolüstü tennis zalı əsasən yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olması üçün nəzərdə tutulsa da, böyüklər, təqaüdçülər eləcə də bu idman növünə marağı olan başqa şəxslər də asudə vaxtlarında zalın imkanlarından yararlana bilərlər. Gələcəkdə zalda zona yarışları, respublika səviyyəli turnirlər, təlim məşq toplanışlarının da keçirilməsi planlaşdırılır.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı