Güləşçilərimiz İHO-nun ilk günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazandılar
10 avqust 2022 857
Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına start verilib.
Konya Texniki Universitetində təşkil olunan yarışın ilk günündə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da, qadın güləşində isə 50 və 59 kq-da mübarizə baş tutub.
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq) ilk görüşdə qırğızıstanlı Almaz Smanbekova (4:13) məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və seneqallı Omar Fayeyə "tuşe" ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Rzazadə 3-cü yer uğrunda tacikistanlı Hikmətulla Vahidovla qarşılaşıb. Gərgin keçən qarşılaşmada 8:7 hesablı qələbə qazanan Əliabbas bürünc medala sahib olub.
Hacı Əliyev (65 kq) 1/4 finalda iranlı Morteza Çekayla gərgin görüş keçirib. Hakimlərin mübahisəli qərarları fonunda hesabda 1:4 geriyə düşən titullu güləşçimiz son saniyələrdə geridönüş etməyi bacarıb. Rəqibi üzərində 8:4 hesablı əzmkar qələbə qazanan Əliyev yarımfinalda özbəkistanlı Ümid Cəlalovdan güclü olub – 4:0. Hacı finalda albaniyalı Zəlimxan Abakarovla qarşılaşıb. Rəqibinə "tuşe" ilə qalib gələn Əliyev qızıl medala sahib çıxıb.
Turan Bayramov (74 kq) 1/4 finalda özbək İxtiyar Novruzov üzərində inamlı qələbə qazanıb - 8:0. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda əlcəzairli Abdelkader İkkala heç bir şans tanımayıb - 11:0. Bayramov finalda iranlıFiruzpubandpey Məhəmmədsadiq Bığlarla qarşılaşıb. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn Turan ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Abubakr Abakarov (86 kq) ilk görüşdə özbəkistanlı Azizbek Fayzullayevi vaxtından əvvəl məğlub edib - 11:0. Yarımfinalda türkiyəli Osman Göçenlə görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (7:6) qalib gələn Abakarov həlledici görüşdə iranlı Kərimimaçiani Əlirza Məhəmmədlə üz-üzə gəlib və zədələndiyi üçün gümüş medalla kifayətlənib.
İslam İlyasov (97 kq) ilk görüşdə qazaxıstanlı Mamed İbrahimova 1:3 hesabıyla məğlub olub.
Qadın güləşi
Mariya Stadnik (50 kq) A qrupunda qazaxıstanlı Svetlana Ankiçevaya (10:0) və türkiyəli Emine Çataloğluya (10:0), yarımfinalda isə tunisli Sara Hamdiyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəldi. Stadnikin həlledici görüşdə rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Bu rəqibinə də 10:0 hesabıyla qalib gələn dünya qadın güləşinin canlı əfsanəsi 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
59 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Alyona Kolesnik ilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya "tuşe" ilə qalib gəlib. Kolesnik 3-cü turdanigeriyalı AdekuoroyeOdunayoya 1:3 hesabıylaməğlubolub. Sonuncu - 4-cü turdatürkiyəliElmas Çelik üzərində də "tuşe" ilə qələbə qazananAlyonagümüş medalasahib çıxıb.
Beləliklə, güləşçilərimiz ilk yarış günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı